Kateqoriyasız

Şahruddin zirvədə, Səlahət izləyir

Bu mövsüm ən çox “quru” oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdi.

“Qarabağ”ın qapıçısı Premyer Liqanın 9 matçında qapısını toxunulmaz saxlayıb. Onun ən yaxın izləyicisi Səlahət Ağayevdi. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb.

Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı quru keçirib.

Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdü. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43