Kateqoriyasız

Şahruddini üçüncü edən məqam

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində 6-cı turunun oyunlarından sonra ən çox seyv edən qapıçılar sırasında ilk yerlərdə qərarlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, qolkiper 5 matçda 31 seyv edib. Bu göstərici ilə 27 yaşlı qapıçı 3-cü yerdə qərarlaşıb.

İlk pillədə San Marinodan Elia Benedettinidir. O, 31 qurtarış edib.  Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 seyvlə ikinci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43