Kateqoriyasız

“Şahruddinlə aramızda sağlam rəqabət var” – Emil Balayev

Azərbaycan millisinin qapıçısı Emil Balayev Sloveniyaya qarşı keçiriləcək yoldaşlıq matçı barədə fikirlərini bildirib.

Qolkiper oyunöncəsi mətbuat konfransında Şahruddin Məhəmmədəliyevlə rəqabəti haqda danışıb:

“Bizim üçün əlamətdar gündü – zəfər günüdü. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdi. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdı. Qalanı məşqçinin fikridi. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımı gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43