Dünya futbolu

Saka “Arsenal”a “hə” dedi

“Arsenal” Bukayo Saka ilə müqaviləni uzadıb.

İdmanxeber.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, vingerin “topçular”la yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Onun hazırkı sözləşməsi 2024-cü ilə qədər idi.

Saka bu mövsüm Premyer Liqada 37 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43