Ölkə futbolu

Skarlatakenin “Keşlə”dən ayrılma səbəbi

O, ehtiyatda qalmaqdan şikayətlənib.

Xəbər verdiyimiz kimi Adrian Skarlatake “Keşlə” klubundan ayrılıb. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, oyunçu rəhbərlikdən danışaraq komandadan ayrılmaq istəyib. O, səbəb olaraq ehtiyatda qalmasını və davamlı olaraq oynamaq istədiyini bildirib.

Rumuniyalı futbolçu bu barədə  klub rəhbərliyi ilə ötən ayın sonlarında danışsa da, ayrılıq bu gün baş tutub.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43