Dünyadan

Salah dünya çempionatına yollanırmı?: Misirin yekun heyəti açıqlandı

Misir millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb.

İdmanxeber.com həmin yekun heyətlə sizi yaxından tanış edir:

Qapıçılar: Əssam Əl-Hədari (“Əl-Taavun”, Səudiyyə Ərəbistanı), Əl-Şenavi, Şərif Əkrami (hər ikisi “Əl-Əhli”, Misir)

Müdafiəçilər: Əhməd Fəthi (“Əl-Əhli”), Əhməd Əl-Məhəmmədi (“Aston Villa”, İngiltərə), Məhəmməd Abdül-Şəfi (“Əl-Fateh”, Səudiyyə Ərəbistanı), Əhməd Heqazi, Əli Qabr (hər ikisi “Vest Bromviç”, İngiltərə), Ömər Qaber (“Los-Anceles Qelaksi”, ABŞ), Saad Samir, Ayman Əşrəf (hər ikisi “Əl-Əhli”), Mahmud Həmdi (“Zamalek”, Misir)

Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni (“Arsenal”, İngiltərə), Abdulla Səid (“KuPS”, Finlandiya), Mahmud Fadləllə “Əl-Raed”, Səudiyyə Ərəbistanı), Mahmud Həssən (“Kasımpaşa”, Türkiyə), Ramazan Sübhi (“Stok Siti”, İngiltərə), Tariq Həməd, Mahmud Əbdül Əziz (hər ikisi “Zamalek”), Amr Varda (“Atromitos”, Yunanıstan), Sem Morsi (“Uiqan”, İngiltərə)

Hücumçular: Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Maruan Mohsen (“Əl-Əhli”)

Qeyd edək ki, Misir millisi A qrupunda ev sahibi Rusiya, uruqvay və Səudiyyə Ərəbistanı milliləri ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43