Dünya futbolu

Salah: “Həm ÇL-nı həm də Premyer Liqanı qazana bilərik”

Salah iddialı danışıb.

“Liverpul”un misirli ulduz oyunçusu Muhammed Salah ölkə mətbuatına açıqlama verib. O, Klopun hər zaman özünə dost kimi davrandığını bildirib:

“Komandaya gəldiyim ilk gündən Klop mənə dost kimi davranır. Mane və Firmino ən yaxın dostlarımdı. Bizim üçün kimin qol vurduğunun bir önəmi yoxdur. Əsas komandamızın qalib gəlməsidir. Qarşıda PSJ ilə çətin bir oyun var. Onlara qarşı oynamaq üçün səbirsizlənirik. Düşünürəm ki, ÇL-nı və Premyer Liqanı qazana bilərik. Hər şey mümkündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43