28 Sentyabr 2024
İdman

Salah mükafata doymur, yenə ən yaxşı seçildi

İngiltərə İdman Jurnalistləri Assosiasiyası Premyer Liqada 2017/2018 mövsümünün ən yaxşı futbolçusunu seçib.

İdmanxeber.com-un məlumatına görə, səsvermədə “Liverpul”un hücumçusu Məhəmməd Salah birinci olub. Bununla da, o, 1947/1948 mövsümündən verilən bu ada layiq görülən Afrika qitəsindən ilk oyunçu olub.

Qeyd edək ki, M.Salah bundan əvvəl Peşəkar Futbolçular Assosiasiyası tərəfindən ən yaxşı oyunçu seçilib.

Əlavə edək ki, Salah bu mövsüm ölkə çempionatında 34 oyunda  31 qol vurub, 9 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43