İdman

Salah pivəyə görə mükafatdan imtina etdi

Misir millisinin futbolçusu Məhəmməd Salah dünya çempionatında matçın ən yaxşısına verilən mükafatdan imtina edib.

İdmanxeber.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı ilə görüşdə (1:2) bu ada layiq görülən forvard mükafatı pivə şirkətinin təqdim etməsini əsas gətirərək, rədd cavabı verib. Misirli futbolçu müsəlman olduğunu deyib və bu mükafatı qəbul edə bilməyəcəyini bildirib.

Salah sözügedən görüşdə qolu bayram etməməsi ilə də diqqət çəkib. O, rəqibin də müsəlman ölkəsi olduğunu, bu səbəbdən vurduğu qola çılğınlıqla sevinməsinin doğru olmadığını söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43