Dünya futbolu

Salahdan daha bir uğur- Premyer Liqanın ən yaxşısı seçildi

“Liverpul”un ulduz futbolçusu Muhammed Salah dekabr ayının ən yaxşı oyunçusu seçilib. Misirli futbolçu dekabr ayında keçirdiyi 7 çempionat oyununda 6 qol, 4 assist edib.

Muhammed Salah bu il “ayın oyunçusu” adını qazanan “Liverpul” heyətindəki 3-cü futbolçudur. “Qırmızlar”ın heyətində Salahdan öncə Van Dayk və Sadio Mane bu ada layiq görülmüşdü.

Bu mükafatı 4-cü dəfə qazanan misirli futbolçu Aquero və Hari Keyinin  ardından 3-cü oldu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43