Dünya futbolu

Salanın meyiti tapıldı

Emiliano Salanın da içində olduğu itən təyyarədən tapılan cəsədin kimliyi bəlli olub.

Tibbi ekspertiza meyitin Sala olduğunu müəyyən edib. Məlumatı İngiltərə polisi də təsdiqləyib. Hələlik pilot David İbbotson tapılmayıb.

Argentinalı futbolçu yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43