Dünya futbolu

“Şalke” “Çelsi”nin təklifini rədd etdi

“Şalke” sol cinah müdafiəçisi Səad Koloşinasa görə “Çelsi”nin təklifini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi 23 yaşlı bosniyalı futbolçu ilə şəxsi müqaviləni tam razılaşdırsa da, Almaniya klubu keçidin baş tutmasına əngəl olub. “Çelsi” futbolçunu transfer etmək üçün yayı gözləməli olacaq. Belə ki, yayda müdafiəçi azad agent statusu alacaq.

Xatırladaq ki, futbolçunu transfer etməkdə İtaliyanın “Yuventus” klubu da iddialıdır.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 14 oyununda iştirak edən futbolçu  2 qol vurub və 4 məhsuıdar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43