Dünya futbolu

“Şalke” oyunu öncəsi “Qalatasaray”da ciddi itkilər var

“Aslan” vacib oyuna itkilərlə hazırlaşır.

İstanbul təmsilçisi sabah UEFA Çempionalar liqasının qrup mərhələsinin III turunda doğma meydanda “Şalke” komandasını qəbul edəcək. Oyundan öncə “Qalatasaray”ın heyətində ciddi itkilər var. Belə ki, Türkiyə Superliqasının sonuncu turunda “Bursaspor”a qarşı keçirilən oyunda “sarı-qırmızılı” klubun heyətindən 3 futbolçu –  Sofian Fequli, Serdar Aziz və Fernando zədələnərək məcburu əvəzlənmişdilər. Klubdan verilən məlumata görə, hər 3 oyunçu da sabah “Şalke”yə qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcəklər.

Bu futbolçularla yanaşı “Qalatasaray”ın bu ilki transferi  Emre Akbaba və Henri Onyekuru da  zədə səbəbindən sabahkı görüşdə oynaya bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Şalke” matçı sabah saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43