Dünya futbolu

“Şalke”də yeni ad

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub.

İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, helzenkirxenlilər Almaniya əsilli amerikalı mütəxəssis Devid Vaqnerlə razılığa gəlib. 47 yaşlı mütəxəssis növbəti mövsümdən Bundesliqa klubunu çalışdıracaq.

Vaqner son olaraq İngiltərənin “Haddersfild” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43