Kateqoriyasız

Saman Nərimancahan: “Azərbaycan millisində oynamağım mümkündür”

turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Neftçi”nin yeni transferi Saman Nərimancahan müsahibə verib.

Cənubi azərbaycanlı yarımmüdafiəçi nəticəni şərh edib:

Oyuna yaxşı başlamışdıq. Matçın əvvələrində qırmızı vərəqə aldıq. Bu oyunu uda bilərdik, amma azlıq qalmağımıza görə çətin oldu. 10 nəfərlə qol vura bildik. Yenə də fərqlənə bilərdik. Biz qalib gəlməliyik, “Neftçi” komandasıyıq. Güclü heyətimiz var. Qarşıdakı oyunları düşünəcəyik.

– Qolun ötürməsini sən verdin. Azərbaycan çempionatı barədə düşnəcələrin necədir?
– Şükür allaha ki, assist etməyi bacardım. Daha 2 yaşı ötürmə vermişdim, amma qol olmadı. Bu, futboldur. İnşallah, növbəti matçlarda da yaxşı oyun göstərməyə çalışacam. Komandamız yaxşı oyun göstərməliyik.

– Növbəti oyununuz “Qarabağ”a qarşıdır. Bu komdandaya qarşı necə oynayacaqsınız?
– “Qarabağ” güclü addır. Onlar liderdir. Çempion olmaq istəyiriksə, gərək, “Qarabağ”ı yenək. Xal fərqini azaltmalıyıq. “Qarabağ”la matç bu oyundan da çətin keçəcək. Amma biz “Neftçi”yik. “Qarabağ” da güclüdür, biz də. Oyunda kimin güclü olduğu görünəcək. Kimin az səhvi olsa, o da udacaq.

– Siz gələndən sonra Roberto Bordin baş məşqçi postundan göndərildi. İndi komandada hansı fərq var?
– Mən 10 gün Bordinlə çalışmışam. Oynadığımız oyunlar yolxlama matçları idi. Buna görə nəsə deyə bilmirəm. Füzuli müəllim də can-başla işləyir. Yaxşı taktiki göstərişlər verir. Füzuli Məmmədov əvvəl də burda idi. Bu nəticəyə razılaşmamalıyıq. Müsbət məqam odur ki, 10 nəfərlə hesabı bərabərləşdirdik.

– İran və Azərbaycan çempionatları arasında böyük fərq var?
– Bir oyunla nəsə deyə bilmərəm. İranda 9-10 il oynamışam. Müəyyən fərqlər var. Burda sürətli oyun var. İranda isə texnikalı futbolçular daha çoxdur. Hər komandada 5-6 texnikalı futbolçu yer alır. Azərbaycanda sürətli oyun var, yaxşı ötürmələr edilir. Hərəsinin öz müsbət cəhətləri var. Fərqli çempionatlardır. Özümü göstərib, komandaya kömək etmək istəyirəm.

– Azərbaycan millisində oynamaq ehtimalın var?
– İranda U-23-dən aşağı milli komandalarda oynamışam. Əsas millidə 2-3 dəfə toplanışa getmişəm, amma oynamamışam. Rəsmi görüş keçirmədiyim üçün Azərbaycan millisində oynamağım mümkündür. Özüm Təbriz türküyəm, niyə də olmasın?! Çox sevinərəm. Allah nə istəsə, o da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43