Ölkə futbolu

“Şamaxı” hücumçu transfer etdi – RƏSMİ

“Şamaxı” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi son klubu “Kəpəz” olan Emil Qasımovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Emil daha əvvəl “Kəpəz” və “Sabah”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43