Ölkə futbolu

“Şamaxı” ilə oyunda hakimlər təcrübəli olsun” – Şahin Dinyev

 “Yaxşı oyun alındı. Bolqollu oyun izlədik. Komandam dominant furbol oynadı. İstisna standart vəziyyətlərdə idi. İki pleymekerlə oynayırdıq, əvəzində hücumçusuz çıxış edirdik. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün acınacaqlı oldu. Ancaq dönüş yarada bildik. Komandama təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Mirabdulla və Zakpanı əvvəldən oyuna buraxsaydıq, mərkəz zəifliyə biıərdi. İki qol buraxandan sonra isə itirəcək bir şey qalmadı.

– Zakpanın vurduğu qol epizodunda VAR-a baxılırdı. Hansı hissləri keçirirdiniz?

– İndiyədək 12-13 dəfə VAR-a baxılıb və hamısında əleyhimizə qərar verilib. İnanmırdım ki, lehimizə qərar veriləcək. Ən böyük xahişim odur ki, “Şamaxı” ilə görüşdə həm meydandakı, həm VAR-dakı referilər olduqca təcrübəli olsun və səhvə yol verməsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43