l Divizion Ölkə futbolu

“Şamaxı” Məmmədova şans tanıyacaqmı?: “Mən hər bir qərara hörmətlə yanaşıram”

Azərbaycan I Liqasında çempion olan “Şamaxı” gələn mövsümdən Premyer Liqada çıxış edəcək.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisinin Premyer Liqaya vəsiqə qazanmasında böyük əməyi olanlardan biri də komandanın baş məşqçisi Ramiz Məmmədovdu. 

Çalışdırıcı “Sizi Premyer Liqada da “Şamaxı”nn başında görə biləcəyikmi?” – sualına beə cavab verdi:

“İndi bu barədə nə isə demək istəmirəm. Bu, rəhbərliyin verəcəyi qərardı. Yaşayarıq, görərik. Sağlıq olsun. Mən hər bir qərara hörmətlə yanaşıram. Təki “Şamaxı” Premyer Liqada olsun. Buna çalışırdıq, qarşıya qoyulan məqsədə də nail olduq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43