23 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı” məşqçilər heyəti ilə yolları ayırdı

2024/25 mövsümündə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir.

İdmanxeber.az xəbər verir ki, klub məşqçilər heyəti ilə yollar ayrılıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.

“Şamaxı” hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Şamaxı” bundan əvvəl baş məşqçisi Ramiz Məmmədovla, futbolçulardan isə Əkpər Vəliyev, Süleyman Damadayev (“Qəbələ”), Elçin Qasmov (“Turan Tovuz”), Əbil Əbilov və Əli Mürsəlovla yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43