08 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı” sanksiya ilə üzbə-üz – VAXT QOYULDU!

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Şamaxı” klubunda maliyyə problemi yaşanır.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi aprel ayından futbolçuların maaşlarını vermir. Ötən mövsüm I Liqadan çıxış edən oyunçuların əksəriyyəti əmək haqlarını ala bilmirlər.

Bu futboluların bir çoxu artıq klubdan ayrılıb. Onlarla müqavilə yeniləməyən rəhbərlik maaşla bağlı konkret nəsə deməyib. Oyunçuların bir neçəsi bununla bağlı AFFA-ya şikayət ediblər.

Federasiya rəhbərliyi onları dinləyərək, problemin həll olunması üçün çalışacağını bildirib. Məlumata görə, AFFA maaşları ödəməsi üçün “Şamaxı”ya müəyyən vaxt verib. Əks halda bölgə təmsilçisinə sanksiyalar tətbiq ediləcək.

Klub maaşlarla yanaşı, Premyer Liqaya yüksəldiyi üçün oyunçuların hər birinə vəd etdiyi 5000 manat mükafatı da ödəməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43