09 Fevral 2023
Ölkə futbolu

“Şamaxı” Serbiya klubu ilə üz-üzə

“Şamaxı” Antalyadakı hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, komanda Serbiyanın “Napredak” klubu ilə qarşılaşacaq.

Matça Bakı vaxtı ilə saat 16:00-start veriləcək.

“Şamaxı” daha öncəki yoxlama görüşlərində “Kaysar”la heç-heçə edib (0:0). “Botaşani” ilə görüş (0:1) isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43