29 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “Sabah”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Turun son qarşılaşmasında “Qarabağ” və “Sabah” üz-üzə gələcək. Oyuna saat 19:00-da start veriləcək. 

29 sentyabr

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

Şamaxı şəhər stadionu.

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

“Azərsun Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43