Ölkə futbolu

“Zirə” “Şamaxı”nı darmadağın etdi – YENİLƏNİB

Misli Premyer Liqasında bu gün XXXIII turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə” səfərdə “Şamaxı”nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayıb. Görüş qonaqların qələbəsi ilə sona çatıb -3:0.

16:30. “Şamaxı” – “Zirə” 0:3

Qollar: Vladislav Kulaç, 35, Hamidu Keyta, 54, Rüstəm Əhmədzadə, 82
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu

Qeyd edək ki, ilk oyun günündə “Sabah” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” görüşləri mayın 7-də, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə mayın 8-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43