Ölkə futbolu

Şamaxıda gərgin anlar: Hakimin üzərinə şığıdı və …

Misli Premyer Liqasının 35-ci turunun “Şamaxı” – “Qəbələ” matçından sonra qonaq komandanın məşqçilər korpusu ilə hakimlər arasında gərginlik yaşanıb.

İdmanxeber.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov görüşün baş hakimi Fərid Hacıyevə sərt etirazıni bildirib. Hakimlərin üzərinə gedən Ramaldanovu komandanın digər üzvləri saxlayıb. Hacıyev Ramaldanovun bu hərəkətinə qırmızı vərəqə ilə cavab verib.

Qeyd edək ki, oyun qolsuz heç-heçə ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43