27 Sentyabr 2022
Kateqoriyasız

“Şamaxı”nın baş məşqçisi: “Hesab bizim üçün o qədər də önəmli deyil”

“Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Qəbələdə eyniadlı komandaya 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis ölkə futbolunda özünəməxsus yeri olan komanda ilə qarşılaşdıqlarını bildirib: “Onların oturuşmuş kollektivi, bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə, bizə vaxt lazımdır. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik. Yolumuza davam edəcəyik”.

O, rəhbərliyin komandanın qarşısına qoyduğu hədəflərdən də söz açıb: “Məqsədimiz hamıya bəllidir. Gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirmək istəyirik. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik”.

Əsgərli ani diqqətsizlikdən sonra ilk 20 dəqiqədə üç qol buraxdıqlarını söyləyib: “Bu komandada zəngin təcrübəyə malik yerli və legioner futbolçular var. Onlar da şanslardan istifadə etdilər”.

Mütəxəssis sonda qapıçı Əkbər Vəliyevin durumuna toxunub: “Hələlik durumu yaxşıdır. Ola bilər ki, onu Bakıya yola saldıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Fərid Qayıbov paralimpiyaçıları qəbul edib

Səxavət Qurbanov

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

admin

Ayxan Abbasov: “Elə maliyyə imkanımız yoxdu ki, gecə transfer edək”

admin