Kateqoriyasız

“Şamaxı”nın baş məşqçisi istefa verdi: “Bundan sonrası mənim üçün maraqsızdı”

Azərbaycan Premyer Liqasında XXIII turun “Qarabağ” – “Şamaxı” (8:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Belə məğlubiyyətdən sonra bir şey demək çətindir. Böyük itkilərimiz var idi. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq. Getməyə qərar verdim. Gələcək oyunlarda “Şamaxı”ya uğurlar arzulayıram. Yaxşı günlərimiz oldu. Belə yenilgidən sonra qalmağım düzgün deyil.

– Düşünmürsüz ki, bu məğlibiyyət elə sizin getməyiniz üçün idi?
– Futboldur. Mən bilmirəm. Belə ağır məğlubiyyətdən sonra nəyisə müzakirə etmək istəmirəm. Bundan sonrası mənimçün maraqsızdır. Futbolçuıların mübarizə aparmadığını qəbul edə bilmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43