Ölkə futbolu

“Şamaxı”nın Premyer Liqaya qayıtması mənə daha xoşdur” – Ramiz Məmmədov

“İkinci dövrədən etibarən 1-ci liqada zəif komanda yoxdur. “Araz Saatlı” ilə oyun da bunu sübut etdi. Matç çox gərgin keçdi. Rəqib sona qədər yaxşı oyun göstərdi. 1 ildir çəkdiyimiz əziyyətin bəhrəsini gördük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov “Araz Saatlı” oyunu (3:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Uşaqlar inanırdılar ki, hesab neçə olur, olsun, qalib gələcəyik. Mövsüm boyu əziyyət çəkmişdik. Son 10-12 dəqiqədə bu şansı əldən verə bilməzdik”.

Ramiz Məmmədov yenidən baş məşqçi kimi Premyer Liqaya qayıtmasından da söz açıb:

“Mənim üçün bir o qədər də fərqi yoxdur. Bilirsiniz ki, təcrübəmiz var. Lakin “Şamaxı” klubunun Premyer Liqadan düşüb, yenidən ora qayıtması mənə daha xoşdur. Eləcə də şamaxılı azarkeşlərin sevincini görmək məni sevindirir”.

Məmmədov ötən il Premyer Liqada yalnız azərbaycanlı futbolçulardan ibarət heyətlə mübarizə aparan “Şamaxı”nın bunu davam etdirib-etdirməyəcəyi barədə də danışıb:

“Açığl, indidən nəsə demək çətindir. Bu barədə rəhbərliklə oturub danışacağıq. Heyəti I Liqada oynayan furbolçularla da gücləndirmək olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43