28 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı”nın yeni transferi: “Əgər Şamaxı darıxdırcı olsa, istirahət vaxtı Bakıya gedib-gələrik”

“Ayxan Abbasov mənə zəng etdi, hər şeyi ətraflı danışdıq. Komandanın hədəflərini izah etdi, mən də çox düşünmədim. İki günə hər şey bəlli oldu. Və qərarımı verdim. Mənə güvəndiyi üçün ona təşəkkür edirəm”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın yeni transferi Giorgi Kantarya deyib. “Kəpəz”in sabiq futbolçusu daha sonra belə davam edib:

“Yenidən Azərbaycanda oynamağa şadam. Premyer Liqanı çox bəyənirəm. Burada yaxşı komandalar var. Çempionat çox rəqabətlidi. “Şamaxı”ya komandaya kömək etməyə, məqsədlərə çatmaq üçün yardıma gəlmişəm. Bunu mövsüm başlayanda oyunumla göstərməyə çalışacam”.

Gürcüstanlı futbolçu Şamaxıda yaşamağın özü üçün çətin olub-olmamağı barədə bunları deyib:

“Burada tək deyiləm. Futbolçu yoldaşlarımla birgə qalacam. Əgər Şamaxı darıxdırcı olsa, isitrahət vaxtı Bakıya gedib-gələrik. Amma məncə, ciddi bir problem olmayacaq”.

Xatırladaq ki, 27 yaşlı futbolçu ötən mövsümü Livanın “Nejmeh” klubunda keçirib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43