İdman

Samir Ələkbərova yeni iş verildi

2018/2019 mövsümündə “Sumqayıt”ın əsas komandasına rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Samir Ələkbərov baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2004-2005-ci illərdə “Neftçi”, 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Samir Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43