Ölkə futbolu

Samir Əliyev: “Məqsədimiz 1 xal qazanmaq idi”

“Məqsədimiz 1 xal qazanmaq idi. Çalışdırdıq ki, qapımızın toxunulmazlığını qoruyaq. Sevinirik ki, sevinən tərəf biz olduq”.

İdmanxeber.com-un məlumatına görə, bu ifadələri “Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Əliyev oyun boyu qol vurmaq üçün şanslarının olduğunu sözlərinə əlavə edib: 

“60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43