Ölkə futbolu

Samir Əliyev: “Neftçi” komandasında belədi, nəticə veməyən məşqçi getməlidi” – MÜSAHİBƏ

"Səbail"in baş məşqçisi Samir Əliyev İdmanxeber.com saytına müsahibə verib. Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Neftçi" üzərində qazanılan qələbədən danşıb.

– Samir müəllim, "Neftçi" üzərində qələbəni necə şərh edərdiz?

– "Neftçi" ilə oyun çətin idi. Bilirəm ki, qarşıdakı görüşlərimiz də asan olmayacaq. Çünki biz yeni yaranmış kollektivik. Ustalıq səviyyəsi yüksək dərəcədə olmayan komandayıq. Bizim heyətdə gənc futbolçularla yanaşı, yaxşı klublarda top qovan təcrübəli oyunçular yer alır. Düşünürəm ki, onların bir-birini anlaması, qarşılaşmanın gedişində özünü göstəriridi. Qələbə futbolçularımın aktivindədi. Bizim komandamızın motivasisyası daha yüksək olduğundan, "Neftçi"ni məğlub etdik.

– "Səbail"in II turda "Neftçi"ni məğlub etməsi rəqibin baş məşqçisi Elxan Abdullayevin istefasına səbəb oldu…

– Həqiqətən çox üzüldüm. İstəmərəm ki, hər hansısa məşqçi çempionatın əvvəlində istefa versin. Bu hal hamımızın başında ola bilər. Üstəlik, bizim Elxan müəllimlə münasibətimiz yaxşıdı. Oyun bitdikdən  sonra gəldi, əlimi sıxdı, təbriklərini çatdırdı. 

– Bir vaxtlar siz də "Neftçi" də baş məşqçi vəzifəsində çalışmısız. Lakin komandada nəticə olmadığına görə, rəhbərlik sizinlə yolları ayırmağı məqsədə uyğun hesab etdi. Düşünürsünüzmü ki, rəqibinizi məğlub etməklə onlara özünüzü sübut etmiş oldunuz?

– Açığı, o barədə düşünmürəm. Axı biz hələ nəyəsə nail olmamışıq, böyük uğurlarımız yoxdu.  Qarşıda bizi çətin oyunlar gözləyir. O ki, qaldı "Neftçi"də çalışdığım günlərə… Həqiqətən"Neftçi"də çox əziyyət çəkdim. çünki ağır klub idi. Mən orda işləyəndə, cavan futbolçulardan təşkil olunmuş "Neftçi" var idi. O komanda çox yaxşı azarkeş ordusuna malikdi. Bu səbəbdən azarkeşlər məşqçidən nəticə tələb edirlər. "Neftçi" komandasında belədir, nəticə veməyən məşqçi istefa verməlidi. Bu mənim düşüncəmdi. 

– Son oyundan sonra mətbuat konfransında işlətdiyiniz "Azərbaycanda hansı klubun azarkeşi var ki?" cümləsi sosiyal şəbəkədə fanatlar arasında birmənalı qarşılanmayıb. Bu barədə nəsə demək istəyirsiz?

– Mən o mənada demək istəmədim. Söhbət müəyyən reallıqdan gedir. Bu gün "Neftçi"nin güclü azarkeş ordusu var, amma stadiona baxırsan, dolmur. Avropa Liqasının oyunu olsa, dolardı. Mənə "Səbail"lə bağlı sual vermişdilər, mən də "Səbail"i nəzərdə tutaraq cavab verdim. Yoxsa ki, bölgələrimizdə futbolu sevirlər, bunu yaxşı bilirəm. Sadəcə anlaşılmazlıq oldu.

 

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43