Kateqoriyasız

Samir Abasov: “Bu qələbə yerinə düşdü”

“Neftçi”nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turunda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

43 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Oyuna çıxanda futbolçulara dedim ki, rəqibin hazırkı vəziyyətini görüb arxayınlaşmayın. Görüşün gərgin olacağı məlum idi. “Zirə”yə məğlubiyyətdən sonra təzyiqlər oldu. Amma bu gün qazandığımız qələbə yerinə düşdü. Komanda müdafiəyə diqqət yetirirdi, oyunda bəzi dəyişikliklər etdik. Əhməd Əhmədov yeni oyunçudu, eyni zamanda zədəli formada görüşə çıxmışdı. İndi fikrimizi gələn tur keçiriləcək “Keşlə” ilə oyuna kökləmişik. Ümumiyyətlə, futbolçular istəklidi, hər oyuna qələbə qazanmaq üçün çıxırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ı “Sevilya” ilə oyunda dəstəkləmək istəyən azarkeşlərin nəzərinə

admin

Nazarovlu “Aue” büdrədi

admin

Premyer Liqamızın bu tarixdə başlaması təklif olundu

admin