Ölkə futbolu

Samir Abasov daha bir futbolçunu “Sumqayıt”dan qovdu

“Sumqayıt”ın heyətdən göndərdiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi 2017-ci ilin qış transfer pəncərəsində heyətinə qatdığı Sergey Çernışevə qapını göstərib. 21 yaşlı yarımmüdafiəçinin komandadan qovulmasına səbəb onun intizamsızlığı olub. Zədəsini gec sağaldan və düşərgəyə qayıtmayan Sergeyi komandanın baş məşqçisi Samir Abasov heyətdə görmək istəməyib.

Rusiyalı futbolçu “Sumqayıt”ın heyətində 9 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində, “Rəvan”, “Taqanroq” (13 oyun, 4 qol), “Dinamo QTS” (28 oyun, 3 qol), “Lokomotiv” (8 oyun, 1 qol) və “Drujba”nın (15 oyun, 2 qol) şərəfini qoruyub. Sergey həmçinin, U-21 millimizdə də çıxış edib.(sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43