Kateqoriyasız

Samir Abasov: “Görüləsi işlərimiz çoxdur”

“Zirə”nin baş məşqçisi Samir Abasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yerli “Adana Dəmirspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Ötən oyundan fərqli olaraq, bu rəqibimiz daha çətin idi. Məğlub olsaq da, qol epizodlarımız çox oldu. Belə matçlarda nəticə elə də vacib deyil. Görüləsi işlərimiz çoxdur. Bəzi oyunçularımızın məşqlərini artıq veririk, oyunlara yorğun çıxırlar. Yoxlama oyunlarında görmək istədiyimiz odu ki, futbolçular onlara məşqlərdə verilən tapşırıqları nə dərəcədə yerinə yetirir. Hər hissədə fərqli sistemlə oynadıq. Qarşıda hələ iki oyunumuz var, inanıram ki, Premyer Liqanın startına kimi tam hazır olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq” – UEFA-nın prezidenti

admin

UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

admin

Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın” + Şəkillər

admin