Ölkə futbolu

Samir Abasov: O, məzuniyyət götürsə, mən də rahat olaram”

Topaz Premyer Liqasının V turuna sart verilib.

TPL-nın V turunda “Zirə” komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmadan sonra “Zirə” komandasının baş məşqçisi Samir Abasov oyun barəsində fikirlərini bölüşüb:

“İstəyirdik ki, qələbə qazanaq. Ancaq olmadı. Bəzi oyunçular yaxşılığa doğru gedir. Amma bəzi oyunçular da var ki, onlardan narazıyam. Əgər udmaq istəyiriksə, mütləq hər şeyimizi ortaya qoymalıyıq. Məncə bu gün həddindən artıq istəkli olsaydıq onları məğlub edə bilərdik. Hücumda müəyyən problemlər yaşayırıq. Ancaq onların hazır olmağını gözləyə bilmərik. Bu oyuna çox heyfislənirəm. Uduzmalı deyildik.

-Samir Abasovla Ömər Paşayev arasında nə problem var ?  Hər dəfə bu hakimlə problem yaşayırsınız.

-Ömər Paşayev məzuniyyət götürsə, mən də rahat olaram. Çünki o, rəqib texniki zonasına baxmır. Bəlkə də Ömər Paşayevin bir tərəfi görür, bir tərəfi görmür.

-Kənarda çox əsəbi olursunuz. Bunun səbəbi nədir ?

-Əsəbi olmuram. Sadəcə oyunu yaşamaq istəyirəm. İstəyirəm ki. oyunçularım da mənim kimi olsunlar. Mən kənarda rahat dayana bilmirəm. Əgər məndən dəyişməyimi gözləyirsinizsə, onu gözləməyin.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43