Ölkə futbolu

Samir Abasov “Qarabağ” üzərindəki qələbəni şərh etdi

Midli Premyer Liqasının 35-ci turunda səfərdə “Qarabağ”a qalib gələn “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis matçdan sonra bunları deyib:

“Komandamı təbrik edirəm. Paralel olaraq oyunlar gedirdi. Öz oyunumuz qədər digər matçlar da vacib idi. Digər oyunlardakı nəticələr də bizi liqada saxlaya bilərdi. Amma xoş olan odur ki, “Qarabağ”ı məğlub etməklə öz hesabımıza Premyer Liqada qaldıq. O biri komandalara ümid etmədik. Futbolçularımı təbrik edirəm. Bir oyunumuz qalıb, ona da hazırlaşacağıq. Həmin matçı keçirib daha sonra planlarımızı quracağıq. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bura gələndə də, məhz bu, qarşımıza məqsəd qoyulmuşdu. Öhdəsindən gəldik. Allaha şükürlər olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43