Kateqoriyasız

Samir Abasov: “Sanki uduzmuşuq, məğlub ab-havası var”

Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”ə 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfarnsı keçirib. İdmanxeber. az xəbər verir ki, gənc çalışdırıcı əvvəlcə görüş haqda danışıb.

– İndi bizim üçün ən vacib olan şey sakitləşməkdi. Çünki qalib gəlsək də, paltardəyimə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var. Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça cididi hazılaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq. Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq.

– Penaltini niyə Mirsahib Abbasov vurdu? Məgər odu ştatlı penalti vuran futbolçunuz?

– Futbolda ştatlı penalti vuran deyə bir şey yoxdu. Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi. Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldı. Ancaq kim qarantiya verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi? İnşallah, Mirsahib oyundan qol vurar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43