Kateqoriyasız

Samir Abasovdan “Neftçi” azarkeşlərinə: “Mövqeyi olmayan adamlardır”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVI turunda “Qəbələ”yə qarşı oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:

“Mövqeyi olmayan adamlardır. Onlar məni bir neçə ay öncə göyə atırdılar. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43