Ölkə futbolu

Samir Abbasov: “Vaxtımız çox azdı”

Topaz Premyer Liqasında IV turun oyunları start götürüb

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə “Səbail” “Zirə”ni qəbul edib. Oyunun ardından qonaq komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb.

“Birinci oyunum idi. Oyunçularıma soyunub-geyinmə otağında xəbərdarlıq etdim ki, bizim vaxtımız çox deyil. Hər oyun daha da üstünə qoymalıyıq. Təzə komanda qurulanda ona müəyyən vaxt lazımdı”.

-Hiss olunurdu ki, bu, sizin oyun üslubunuz deyildi. Siz adətən 5-li müdafiə ilə oynayırsınız. Bunu yeni gəlməyinizlə əlaqələndirmək olar?

-Əlimdə olan oyunçular içərisində zədəli olanlar var idi. Ona görə sistemə əl atmalı oldum. Çünki əlimizdəki oyunçularla maksimum nəticə verməliydik. Təbii ki, alınmasa müəyyən dəyişikliklər olacaq. Müdafiədəki oyunumuzu düzəltməliyik. Əsasda hücuma çıxarkən.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43