İdman

Samir Məsimova yeni baş məşqçi gəlir

“Neftçi”nin sabiq futbolçusu Samir Məsimovun çıxış etdiyi “Domjale” klubunda baş məşqçi dəyişikliyi baş verib.

 

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Luka Elsner vəzifəsindən ayrılıb. 

 
Bu barədə məılumatı klubun rəsmi saytı yayıb. Bildirlib ki, Elsner daha sərfəli təklif aldığı üçün “Domjale”dən ayrılmaq qərarına gəlib. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Artıq gənc mütxəsəssisin yeni iş yeri də bəlli olub. 34 yaşlı çalışdırıcı Sloveniyanın digər klubu olan “Olimpiya”ya keçib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb. 
 

Bundan əlavə, “Domjale”nin də yeni çalışdırıcısının kimliyi bəlli olub. Domjale təmsilçisi müvəqqəti olaraq Saymon Rozmana tapşırılıb. O, mövsümün sonuna qədər komandanı çalışdıracaq. 

 

Qeyd edək ki, Samir Məsimov yeni mövsüm rəsmi matçlarda debüt etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43