Dünya futbolu

Sampaoli “Barselona”ya gedir?

“Sevilya”nın prezidenti Xose Kastro son zamanlar adı “Barselona” ilə hallanan komandanın çalışdırıcısı Xorxe Sampaoli haqda açıqlama verib.

Idmanxeber.com xəbər verir ki, klub rəhbəri argentinalı mütəxəssisdən məmnun olduqlarını bildirib:

“Sampaolinin komandana qalmasını istəyirik. Onun hücum oyunu bizi  qane edir və sevindirir. Ona yeni müqavilə təklif edəcəyik”.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis ötən ildən “Sevilya”nı çalışdırır. Əndəlüsiyalılar La Liqada 23 turdan sonra 49 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43