Dünya futbolu

“Samtredia” klubunun baş məşqçisi: “Azərbaycan çempionu “Qarabağ” güclü komandadır”

“Azərbaycan çempionu “Qarabağ” çox güclü komandadır.

Idmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan çempionunun rəqibi Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze deyib.

Georgi Tsetsadze bildirib: “Amma biz asanlıqla təslim olmaq niyyətində deyilik. Düzdür, ötən il Azərbaycanın “Qəbələ” klubu bizi mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43