Ölkə futbolu

“Səbail”də Essyen şoku

Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Səbail” – “Qəbələ” matçı öncəsi paytaxt təmsilçisinin heyətində ciddi itki baş verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Dənizçilər”in ulduz futbolçusu Maykl Esyyenin ayaq barmağında xroniki zədəsinin olduğu aşkarlanıb. Qanalı futbolçunun artıq  3 gündür məşqlərdə iştirak etmədiyi məlum olub. 37 yaşlı oyunçunun bərba prossesi  başladılsa da, həftəsonu oynanacaq “Qəbələ” matçında forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” matçı aprelin 27-si saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43