Ölkə futbolu

San Marino millimizlə oyunöncəsi qələbə qazandı

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək San Marino yığması hazırlığını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, “cırtdan” ölkə təmsilçisi komandamızla matç öncəsi yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Rəqibimiz San Marino çempionatında çıxış edən futbolçulardan ibarət komanda ilə qarşılaşıb. Görüş San Marino millisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, yığmamız sentyabrın 4-də San Marino ilə səfərdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43