19 Sentyabr 2024
Dünya futbolu

Sanço bu gün “Borussiya”ya qoşulacaq

Ceydon Sanço bu gün “Borussiya”ya (Dortmund) qoşulacaq.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu və “Mançester Yunayted” arasında bütün məsələlərdə razılıq əldə olunub. Dortmund klubu “qırmızı şeytanlar”a 4 milyon avro ödəyəcək və icarə müddətində oyunçunun bütün maaşını qarşılayacaq.

Xatırladaq ki, Sanço baş məşqçi Erik Ten Haqla arasındakı problemlərə görə avqustun 26-dan bəri heç biri oyuna çıxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43