Dünya futbolu

Sane Konfederasiyalar kubokunda iştirak etməyəcək

“Mançester Siti” və Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sane burnundan əməliyyat ediləcəyinə görə Konfederasiyalar kubokunda iştirak edə bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə futbolçu özü məlumat verib.

“Mən Rusiyaya gəlmək istəyirdim. Lakin həkimlərlə məsləhətləşdikdən sonra yeni mövsümə daha yaxşı hazırlaşmaq üçün belə bir qərar qəbul etdim”, – deyə Sane bildirib.

Bir müddət əvvəl verilən məlumata görə, Manuel Noyer, Məsut Özil, Tomas Müller, Mats Hummels, Toni Kroos və Jerom Boatenq də Kondeferasiyalar kubokunda iştirak etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43