Dünya futbolu

“Sanki ilk dəfədir milliyə dəvət almışam” – Kristiano Ronaldo

Kristiano Ronaldo Portuqaliya millisinin qarşıdakı oyunları barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu komandada ab-havanın çox yaxşı olduğunu açıqlayıb. O, sözlərinə belə davam edib:

“Oyunçular çox xoşbəxtdirlər, atmosfer yaxşıdır. Dediyim kimi, bu hamımız üçün yeni bir fəsildir. Enerji yaxşıdır, müsbətdir. Bu, ən vacib məqamdır. Milliyə qayıtmaq və yenidən Portuqaliyaya kömək edə bildiyim üçün çox şadam.

Əvvəllər də atmosfer çox yaxşı idi, amma indi daha da fərqlidir. Əvvəlkindən daha yaxşı və ya pis olduğunu demirəm. Ancaq dəyişiklik var. Bütün oyunçular sabah start heyətində yer alacağını düşünür.

Son 10-15 ildə millidə rolum həmişə eyni olub, mənə güvəndiklərini düşünsəm, həmişə milliyə gələcəm. Motivasiyam ildən-ilə eyni qalır. Sanki ilk dəfədir milliyə dəvət almışam. 

Milli komandada oynamağı xoşlayıram. Burda olduğum üçün çox xoşbəxtəm. Milli komanda məni dəyərli oyunçu hesab edirsə, komanda yoldaşlarımla bərabər Portuqaliya üçün əlimdən gələni etməyə hazıram”.

Portuqaliya komandası bu gün Lixtenşteyn, martın 26-da isə Lüksemburq milliləri ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43