06 Oktyabr 2022
Kateqoriyasız

“Şanslarımız bərabərdir” – Qurban Qurbanov

“Rəqib necə gözləyirdiksə, elə də oynadı. Yaxşı qol imkanlarımız oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Bizdə də, rəqibdə də həyəcan hiss edilirdi. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçulara səbrli olmalarını tapşırmışam. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Gəncədə Futbol Akademiyası inşa ediləcək

admin

Dünya və Avropa çempionundan Gəncədəki partlayışa reaksiya

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin