Dünyadan

“Şapekoense” qəzadan sonra ilk oyununu keçirdi

Braziliyanın “Şapekoense” klubu ötən ilin sonlarında baş vermiş təyyarə qəzasından sonra ilk oyununu keçirib. I liqa kuboku çərçivəsində “Şapekoense” “Joinvil”i qəbul edib.

Matç qolsuz bərabərliklə yekunlaşıb. Oyunun 71-ci dəqiqəsində azarkeşlər qəzada həyatını itirmiş 71 nəfəri yad ediblər.

Xatırladaq ki, noyabrın 29-da baş vermiş faciədə təyyarədə olan 77 sərnişindən 71-i dünyasını dəyişib. Qəzadan xilas olan 6 nəfərdən 3-ü “Şapekoense”nin üzvləridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43