Dünya futbolu

“Şapekoense” təyyarə qəzasından son anda xilas oldu – FOTO

Braziliyanın “Şapekoense” futbol klubunun təyyarəsi Buenos-Ayresdən qayıdarəkən məcburi eniş edib.

İdmanxeber.com-un məlumatına görə, Libertadores kubokunda “Lanus”la matçdan (2:1) sonra futbolçuları Şapeko şəhərinə gətirən təyyarə Portu-Aleqri hava limanına məcburi eniş edib. Buna səbəb təyyarənin enməli olduğu hava limanının uçuş zolağında yaranan problemlərdir. Təyyarə Portu-Aleqriyə eniş etdikdən sonra futbolçular avtobusla Şapekoya yola salınıb. Onlar 11 saata evlərinə çatıblar.

Xatırladaq ki, ötən il noyabr ayının 29-da “Şapekoense” klubunu Cənubi Amerika kubokunun finalına aparan təyyarə qəzaya uğramışdı. Qəzada 76 nəfər həyatını itirmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43